Qiymətləndirmə üsulu | Suallar |
1. Test sualları | Sual 1: Qapalı zədələnmələrin növləri hansılardır?
a) Dəri və selikli qişalarda tamlığın pozulması b) Qapalı sınıqlar c) Müxtəlif əzələ dartılmaları d) Sadalananların hər biri Sual 2: Hansı zədələnmələr açıq zədələnməyə aid deyil? a) Dərinin və selikli qişanın xarici təsirlərdən tamlığının pozulması b) Yumşaq toxumaların tamlığının pozulması və yaraların əmələgəlməsi c) Orqanların tamlığının pozulması d) Qapalı sınıqların əmələgəlməsi Sual 3: Bayılmaların əlamətləri hansılardır? a) Dərinin avazıması b) Nəfəsin zəifləməsi c) Tənəffüsün səthiləşməsi d) Sadalananların hər biri |
2. Düzgün və ya səhv cavabları seçmək | Aşağıdakı cümlələrin əvvəlində boşluğa düzgün (+) və ya
səhv (-) olduğunu işarə edin.
1. ( ) Sınıqlar zamanı ilk yardımın ümumi prinsipləri ağrını azaltmaq, sümük parçalarını daha tərpənməyə qoymamaq və onlara düzgün vəziyyət verməkdir. 2. ( ) Bayılmış xəstəyə ilkin tibbi yardım göstərərkən – onu uzatmaq, yaxasını sıxan paltarı boşaltmaq, təmiz hava vermək və üzünə soyuq su çiləmək lazımdır. 3. ( ) Yüngül dərəcəli yanıqlar zamanı yanmış yeri soyuq su altında 15-20 dəqiqə saxlamaq lazımdır. 4. ( ) Zədələnmiş yerə sarğı qoyarkən yaranı silmək lazımdır. 5. ( ) Vena qanaxmasında qan axan yerin yuxarısına jqut qoymaq lazımdır. 6. ( ) Arterial qanaxmanın kəsilməsinin ən əlverişli üsulu yaranı bintlə möhkəm bağlamaqdır. |
3. Boşluqları doldurmaq | Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn
sözləri daxil edin
1. Qabırğaların sınığı və döş qəfəsinin zədələnməsi zamanı ilk yardım elementlərindən biri zərərçəkəni ............ oturaq və ya yarım oturaq vəziyyətini təmin etməkdir. |