Sinə nahiyəsində ağrılarla, halsızlıqla, tərləmə, dərinin ağarması, ağrıların sol qola,
mədə nahiyəsinə və kürəyə yayılması ilə müşahidə olunur.
İlkin yardım: Xəstəni uzadaraq ona rahatlıq vermək, dilaltına 1 ədəd nitroqliserin
həbi qoymaq, ağrıkəsicilərdən istifadə etmək lazımdır.
Burun qanaxması. Çox vaxt burunun selikli qişası zədələnən zaman baş verir.
Burun qanaxması şiddətləndikdə qan nəfəs borularına dolur və ağız boşluğuna
düşdüyündən qismən udulur.
İlkin yardım: Xəstəni
sakitləşdirib,əyləşdirməli,
qanı mümkünsə ləyənə
yığmalı, çünki bu, qan
itkisi miqdarını müəyyən
etməyə imkan verir. Xəstə
başını dala əyməməlidir,
əks təqdirdə qan
burundan axmayaraq
bütünlüklə udula bilər. On
dəqiqə və ya qanaxma
dayananadək burunu
möhkəm sıxın. Burunun üstünə və alın nahiyəsinə buz (soyuq bir şey) qoyun. Əgər
bununla qanaxma dayanmırsa, ən etibarlı vasitə buruna tampon qoyulmasıdır. Bu
məqsədlə 3-5 sm enində steril tənzif, bint və ya uzun tənzif salfeti pinset vasitəsilə burun
dəliyinə salırlar. Tamponu burundan qan dayandıqdan bir neçə saat sonra çıxartmaq
olar.
Şəkil 17. Ətrafların sınığı zamanı
ilk tibbi yardımın göstərilməsi
Ətrafların sınığı zamanı ilk tibbi
yardımın göstərilməsi:
İlk tibbi yardımın göstərilməsi ağrını
azaltmaq üçün sümük parçalarını daha
tərpənməyə qoymamaq və onlara
düzgün vəziyyət vermək funksiyası
daşıyır. Sümük parçası xaricə
çıxırsa, toxumaların içərisinə infeksiya salmamaq üçün onu
əllə düzəltməyə çalışmamalı, sınmış yerə şina və ya əl altında
olan başqa bir şey (taxta parçası, faner, çubuq) qoyub
bağlamalı və tərpənməyə qoymamalı. Şinanın altına kifayət
qədər pambıq, tənzif və ya adi döşəkağını qatlayıb qoymaq
olar. Açıq sınıqda yaranın ətrafını yodla, spirtlə silib aseptik sarğı qoyurlar. Açıq sınıqda
güclü arterial qanaxma varsa, əvvəlcə qanaxmanı müvəqqəti saxlayır, yaranın üstünə
aseptik sarğı qoyur, sonra isə şina qoyub bintlə möhkəm sarıyırlar. Şinalar elə uzunluqda
olmalıdır ki, ən azı iki oynağı tutsun – biri sınmış yerdən yuxarıda, o biri aşağıda olub,
bədənin həmin yerini tərpənməyə qoymasın. İlk yardım göstərdikdə şinanı paltarın
üstündən də qoymaq olar.