İlkin yardım: Xəstə üçün rahatlıq yaradılmalı,
travmatik faktor və qanaxma aradan götürməli,
ağız boşluğu təmizlənməlidir. Beyinin qanla
təminatını yaxşılaşdırmaq üçün aşağı ətraflar
başdan bir az hündürə qaldırılmalı, onu
qızdırmaq məqsədilə isti paltara və ya odeyala
bükmək lazımdır. Ehtiyac olarsa, süni tənəffüsü
və ürəyin qapalı masajını tətbiq etmək.
Ətrafların zədələnməsi zamanı şina ilə fiksə
etmək və yanıqların üzərinə sarğı qoymaq. İlk
yardımı göstərdikdən sonra xəstə mütləq
xəstəxanaya çatdırılmalıdır.
Şəkil 15. Qabırğaların və döş
qəfəsinin zədələnməsi zamanı
ilk tibbi yardımın göstərilməsi
Qabırğaların sınığı və döş qəfəsinin zədələnməsi. Bərk
zərbə nəticəsində, yaxud ağır bir şeyin altında qaldıqda
qabırğalar sına bilər, bu vaxt nəfəs aldıqda və öskürdükdə
güclənmən bərk ağrı müşayiət olunur. İlk yardım enli bintlə döş
qəfəsini bərk sarımaqdır. Binti sarıdıqda xəstə dərindən nəfəsini
buraxmalıdır. Qabırğa sümüyünün sınmış iti ucları plevra və
ağciyərləri deşdikdə, dərialtı birləşdirici toxumaya hava girə
bilər və onun nəticəsində dərialtı emfizema əmələ gəlir.
İlkin yardım: Yaraya qalın aseptik sarğı qoyub, plevra boşluğuna daha
hava gəlməyə
qoymamaq və xəstəni təcili surətdə cərrahiyyə şöbəsinə çatdırmaq lazımdır. Onu
nəqliyyatda oturaq və ya yarımoturaq vəziyyətdə qoyurlar. Ehtiyac varsa, şoka qarşı
dərman vurulur.
Yaralar və yaralara sarğıların qoyulması. Yaralar kəsilmiş,
deşilmiş və cırılmış-əzilmiş yara növlərinə ayrılır. Yaralar
növündən asılı olmayaraq ilk öncə sarınmalıdır. Bu yara
növlərində cırılmış-əzilmiş növü infeksiyanın baş verməsi
səbəbindən daha təhlükəlidir.
İlkin yardım. Sarğı qoyarkən yaradakı yad cisimləri çıxarmaq, yaraya əl vurmaq və ya
onu silmək qəti olmaz. Çünki onlar əlavə travma verərək
ağrını, qanaxmanı, infeksiya keçməsini və s. daha da artırır,
yaralının halını ağırlaşdırır. Yaranın ətrafını yod məhlulu ilə
silmək lazımdır. Qanaxmanı müvəqqəti saxlamaq üçün
jqutdan, olmadıqda müxtəlif əşyalardan, paltar materialından
və s.-dən istifadə etmək olar. Sarğı qoymaq üçün fərdi sarğı
paketlərindən və ya steril bint, dəsmal, pambıq və bintdən
istifadə edilir. Həmin tədbirlərdən sonra yaralı xəstəxanaya
göndərilir.
Qanaxmalar. Qanaxmalar qan damarı kəsildikdə, yaxud
onun divarının keçiricilik qabiliyyəti pozulduqda baş verir.
Qanaxmalar daxili və xarici olmaqla iki yerə ayrılır. Sürücülər
çox hallarda daxili qanaxmaları dayandıra bilmək iqtidarında
ola bilmirlər, çünki əlaməti görə bilmirlər. Xarici qanaxmalar