Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Qarşıdan gələn NV-nin işığının
düşməsindən gözləri qamaşmış
sürücünün yerinə yetirəcəyi
tapşırıqlar
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Qarşıdan gələn NV-nin işığının düşməsindən
gözləri qamaşmış sürücünün yerinə yetirəcəyi
tapşırıqları təlimatın tələblərinə uyğun
yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Qarşıdan gələn NV-nin işığının düşməsindən
gözləri qamaşmış sürücünün yerinə yetirəcəyi
tapşırıqları şifahi söyləyirsiniz.
- Qarşıdan gələn sürücünün gözlərini
qamaşdırmamaq məqsədilə ona azı 150 metr
qalmış uzaq işıqdan yaxın işığa keçirsiniz.
- Qarşıdan gələn sürücü də bu cür hərəkət etməlidir,
lakin etmədi və sizin gözləriniz qamaşmağa məruz
qaldı və siz bir anlıq heç nə görə bilməyəcəksiniz.
- Bu halda özünüzü itirmirsiniz və qəza dayanma
işıq göstəricilərini işə salırsınız və tutduğunuz
zolaqda da qalırsınız.
- Belə vəziyyətdə zolağı heç nə görmədən yol
kənarında dayanmaq məqsədilə dəyişmək
istəsəniz, artıq qəza qaçılmaz olacaq.
- Gözlərinizin görmə qabiliyyəti 10-15 saniyədən
sonra bərpa olunacaq və yolunuza davam edə
biləcəksiniz.
- Sərt döngələrdə hərəkətin təhlükəsizliyini təmin
etməkdən ötrü sürətinizi azaltmalısınız.
|
Diqqət edilməli məqamlar!!!
|
- Əgər qarşıdan gələn sürücü tez-tez uzaq işıqdan
yaxın işığa keçməklə sizdən xahiş edirsə ki, uzaq
işıqları söndürün, siz dərhal yaxın işığa
keçməlisiniz.
|