Praktik tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq A.6.1 – Sürücünün hərəkət istiqamətində yolun görünmə şəraitini
nəzərə almaqla NV-ni idarə etməsinə dair tapşırıqların yerinə yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- Xüsusi təlim meydançası;
- Traktor.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Sürücünün hərəkət
istiqamətində yolun görünmə
şəraitini nəzərə almaqla NV-ni
idarə etməsinə dair tapşırıqların
yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edin.
- Sürücünün hərəkət istiqamətində yolun görünmə
şəraitini nəzərə almaqla NV-ni idarə etməsinə dair
tapşırıqları təlimatın tələblərinə uyğun yerinə
yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini maksimum
dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Sürücünün hərəkət istiqamətində yolun görünmə
şəraitini nəzərə almaqla NV-ni idarə etməsinə dair
tapşırıqların yerinə yetirilməsi qaydalarını şifahi
söyləyirsiniz.
- Məhdudiyyətli görmə və ya pis görmə şəraitində
sürəti elə seçirsiniz ki, dayanma yolu görünmə
məsafəsindən az olsun.
- Sürətin belə seçimi sizə imkan verəcək ki, yolun
görünən sahəsində dayanırsınız.
- Sürətinizi artırırsınız və dayanma yolunu əvvəlki
dayanma yolu ilə müqayisə edirsiniz və fərqi qeyd
edirsiniz.
- Sizə yəqinlik hasil olunacaq ki, siz yolun bu
sahəsində təhlükəli sürətlə hərəkət etdiniz.
- NV-ni qoşqu ilə idarə edirsiniz və tormozlama
edirsiniz və bu halda tormoz yolu qoşqusuz idarə
zamanı edilən tormoz yolundan məsafəcə uzun
olacaq, çünki qoşqunun ətaləti bunu diktə edir.
|
Diqqət edilməli məqamlar!!!
|
- NV-ni qoşqu ilə idarə etdikdə kütlənin artmasının
kinetik enerjinin artmasına səbəb olmasını nəzərə
alaraq diqqətdə saxlayın.
|
Praktik tapşırıq A.6.2 – Qarşıdan gələn NV-nin işığının düşməsindən gözləri
qamaşmış
sürücünün yerinə yetirəcəyi tapşırıqlar