maşınlarının artması
d) Sadalananların hər biri Sual 3: Hərəkət intensivliyi dedikdə nə başa düşülür? a) Ölkədə NV-nin artması b) Yollarda hərəkət iştirakçılarının azalması c) Yollarda hərəkətdə olan NV-nin çoxalması d) Sadalananların hər biri |
|
2. Düzgün və ya səhv cavabları seçmək |
Aşağıdakı cümlələrin əvvəlində boşluğa düzgün (+) və ya
səhv (-) olduğunu işarə edin.
1. ( ) Hərəkətin təhlükəsizliyi təhlükəsizlik əmsalı ilə qiymətləndirilir. 2. ( ) Yollarda hərəkət intensivliyinin artması ilə yanaşı, hərəkət şəraitinin mürəkkəbləşməsinə səbəb olur. 3. ( ) Əlverişli olmayan hərəkət şəraitinin düzgün seçilmədiyi yerlər təhlükəsizlik əmsalının artmasına səbəb olur. 4. ( ) Sürücü yolda hərəkətdə olarkən təhlükəni gördüyü andan tam dayanana qədər getdiyi yola sərf etdiyi zamana reaksiya müddəti deyilir. 5. ( ) Döngələrdə mərkəzdənqaçma qüvvəsi NV-nin hərəkət sürətinin kvadratına tərs mütənasibdir. 6. ( ) NV-ni idarə edərkən sürücü yol şəraitini nəzər almalıdır. 7. ( ) Sürücünün reaksiya müddətinin artması çox vaxt qəzalara səbəb olur. 8. ( ) Sürücünün diqqətinin yüklənmə dərəcəsi NV-ni idarə etməyə təsir göstərmir. 9. ( ) Hərəkət sürətinin yüksəldilməsi sürücünün görmə sektorunun daralmasına səbəb olur. |
3. Boşluqları doldurmaq | Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn
sözləri daxil edin:
1. YNH-nin baş verməsinin səbəblərində biri sürücünün ................. imkanlarındakı məhdudiyyətlərdir. 2. Aktiv nizamlama vasitələri nəqliyyat axınının hərəkət rejimini ..................... imkan verir. 3. Sürücünün ................. konkret hərəkət şəraitində tələb olunan əməliyyatları dəqiq yerinə yetirmə qabiliyyətidir. 4. Sürücü tormoz pedalını sıxdığı andan NV-nin tam dayanmasına kimi qət etdiyi yol ................ yolu adlanır. 5. NV qoşqu ilə hərəkət edərkən tormoz yolu ............ 6.Sürücü təhlükəni gördüyü andan NV-nin tam ayanmasına qədər getdiyi məsafəyə ............ yolu deyilir. |