III. Xarici işıq cihazları
1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi
konstruksiyasının tələblərinə uyğun olmadıqda (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat
vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq
cihazlarının qurulmasına yol verilir);
2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda;
3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya
çirklənmiş olduqda;
4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun
olmayan yayıcılardan istifadə edildikdə;
5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda;
6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat,
fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat
vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya
işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır.
IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları
1) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə;
2) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar işləmədikdə
nasazlıq aradan qaldırılır.
V. Təkərlər və şinlər
1) Təkərli traktorların şinlərinin protektorunun qalmış qalınlığı aparan təkərlərdə 5 mmdən,
idarə olunan təkərlərdə isə 2 mm-dən, qoşqularında isə 1 mm-dən az olmamalıdır.
2) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və
şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda;
3) Bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar olduqda;
4) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə
uyğun gəlmədikdə;
5) Traktorun və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya
protektoru müxtəlif naxışlı şinlər geydirildikdə;
6) Sol və sağ təkərlərin təzyiq fərqləri 0,1 kq-q/sm2 –dən artıq olduqda;
7) Tırtıllı hərəkət hissəsinin tırtıl zəncirinin sallanması 35-65 mm-dən artıq olduqda;
8) Tırtıl başmağının yerlə ilişməsinin qalmış hündürlüyü 7 mm-dən az olduqda;
9) Sol və sağ tırtıl başmaqlarının sayı eyni olmadıqda;
10) Tırtıl başmaqlarında çatlama və qırılma olduqda.
VI. Mühərrik
1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət
standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda;
2) Yanacaq sisteminin hermetikliyi pozulduqda;
3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır;
4) Təkərli traktorlardan çıxan səsin səviyyəsi 7 metr məsafədə 85 desibeldən artıq
olduqda.
VII. Konstruksiyanın digər ünsürləri