3) Yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın
işıq faralarını yandırmalıdır;
4) Yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi
sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir;
5) Nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır;
6) Tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və
ya qismən yüklənməsi yolu ilə həyata keçirilməlidir;
7) Birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr,
elastik yedəyə almada isə 4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir.
Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər metri uyğun olaraq siqnal
lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir.
Təkərli traktorlarla aşağıdakı hallarda yedəyə alma qadağan edilir:
1) Buzlu yol şəraitində;
2) Yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda;
4) Birdən artıq nəqliyyat vasitəsini
A.5.2 İstismarı qadağan edən nasazlıqlar və şəraitlər
I. Tormoz sistemləri
1) Yolda sınaqlar zamanı iş tormoz sistemi aşağıdakı tormozlama səmərəlilik normalarını
təmin etmədikdə;
2) Hidravlik tormoz ötürücüsünün hermetikliyi pozulduqda;
3) Pnevmatik və pnevmohidravlik tormoz ötürücülərində hermetikliyin pozulması
mühərrik işləməyərkən tormoz sistemini idarəetmə orqanları tam qoşulmuş halda
olduqda - 15 dəqiqə ərzində havanın təzyiqinin 0,05 MPa (0,5 kq-q/sm2) aşağı
düşməsinə səbəb olursa;
4) Pnevmatik və ya pnevmohidravlik tormoz ötürücülərinin manometri işləmədikdə;
5) Duracaq tormoz sistemi nəqliyyat vasitələrinin tərpənməz vəziyyətini texniki normalara
uyğun təmin etmədikdə.
II. Sükan idarə mexanizmi
1) Təkərli traktorların sükan idarə mexanizmində lüftün cəmi istehsalçı müəssisənin bu
maşın üçün müəyyən etdiyi hədd qiymətlərindən çox olduqda;
2) Detal və qovşaqların konstruksiyada nəzərdə tutulmayan yerdəyişməsinə yol
verildikdə; yivli birləşmələr müəyyənləşdirilmiş üsulla burulub bağlanmadıqda və ya
bərkidilmədikdə;
3) Konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi nasaz olduqda və ya
ümumiyyətlə olmadıqda istismarı qadağan edilir.
4) Tırtıllı hərəkət hissəli traktorlarda idarə dəstəklərinin muftasının sərbəst gedişi
istehsalçı müəssisənin bu maşın üçün müəyyən etdiyi normadan artıq olduqda, istismar
qadağandır.
5) Dəstəyi özünüzə tərəf çəkdikdə baraban tam tormozlanmadıqda, istismar qadağan
edilir.
6) Tormoz pedallarının sərbəst gedişlərinin ölçüləri müxtəlif olduqda və ya bu maşın
üçün istehsalçı müəssisənin müəyyən etdiyi normadan artıq olduqda, istismar qadağan
edilir.