7. Digər NV-ni yedəyə aldıqda və ağır çəkili və təhlükəli yük
daşıdıqda faranın yaxın işıqlarının əvəzinə yaxın işıqların əvəzinə
duman faralarını yandırdınızmı?
|
|
|
8. Qatı duman şəraitində, güclü qar və yağış yağanda duman
faralarını işə qoşdunuzmu?
|
|
|
9. Arxa duman faralarından ancaq məhdudiyyətli görünmə
şəraitində istifadə etdinizmi?
|
|
|
10. Yaşayış məntəqələrindən kənarda ötməni bildirmək üçün zəruri
olan hallarda və yaşayış məntəqələrində baş verə biləcək hər hansı
bir qəzanın qarşısını almaq üçün səs siqnalından istifadə etdinizmi? |
|
|
11. Ötməni bildirmək üçün səs siqnalı əvəzinə işıq siqnalından
istifadə etdinizmi? |
|
|
12. Projektor-faradan yalnız yaşayış məntəqəsindən kənarda,
qarşıdan NV gəlmədikdə istifadə etdinizmi? |
|
|
A.5 Yedəyə alma qaydaları, istismarı qadağan edən
nasazlıqlar və şəraitlər
A.5.1 Yedəyə alma qaydaları
- Nəqliyyat vasitəsi xarab olduqda, sürücü onu yolun hərəkət hissəsindən kənara
çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və
ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun
çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki
yardım xidmətinə məlumat verməlidir.
Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya
hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa,
sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını
quraşdırmalıdır.
- Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də
qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə
quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər
məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza
dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə
qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin.
- Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz
deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən
qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər bu maddənin üçüncü
hissəsinin tələblərinə uyğun quraşdırılır.
Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır:
1) Yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan
sürücü əyləşməlidir;
2) Yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq
kateqoriyalı sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir;