Giriş
Hörmətli oxucu,
Kənd təsərrüfatında mexanikləşdirilmiş işlərin müxtəlifliyi, kənd təsərrüfatı istehsalatının mexanikləşdirmə vasitələri ilə tam dolğunluğu ilə təchiz olunmasının və bu işin günbə-gün artması bu sahədə çalışanlara qarşı tələblərin də yüksəldilməsi zəruriliyini irəli sürür. Bu baxımdan müasir dövrdə kənd təsərrüfatı işlərində traktoru, özüyeriyən kənd təsərrüfatı maşınını idarə etmək artıq xüsusi hazırlanmış traktorçuların, kombaynçıların və s. məşğuliyyəti olaraq qalmamışdır. Hazırda kənd təsərrüfatında çalışan hər hansı mütəxəssis; istər aqronom və ya iqtisadçı, istərsə də zootexnik, kənd təsərrüfatı profilli fermer təsərrüfatlarında fəhlə kimi çalışan hər hansı bir işçi olsun. O, kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində nəzəri bilikləri və praktiki bacarıqları olmadan özünün istehsalat funksiyalarını tam dolğunluğu ilə yerinə yetirə bilməz.
Təhsil alan fiziki qanunların maşın və avadanlıqlarda tətbiqini başa düşür və k/t-da tətbiq edilən maşın və avadanlıqlar haqqında biliklər əldə edir. O, k/t maşınlarının və avadanlıqlarının mühüm növlərini, onların iş prinsipini, həmçinin k/t bitkilərinin istehsalı prosesində bu maşınların tətbiqini, onlarda tənzimləmə işlərini və baza maşını ilə aqreqatlaşmalarını biləcək və tətbiq etməyi bacaracaqdır.
İxtisarlar
f.i.ə – faydalı iş əmsalı
GAV – güc ayırma val