|
- İkinci gedişdən sonra və əkinin
sonunadək iki en götürümü qədər
(8,4 m) köçürürsünüz.
- Ölçü məftilini tarımladıqda nəzarət
etmək lazımdır ki, şaybalar
düyüntutanın çəngəllərinə
söykənməsin.
- Tarımlamanı dilçək pazcığının
açılmış vəziyyətində edirsiniz.
- Barabanı pazcıqla bağlayırsınız.
- İkinci gedişdən başlayaraq səpinin
axırına qədər seçilmiş sabit sürətdə
işləyirsiniz.
- Sürətlərlə manevr etmək
qadağandır.
- Toxumsəpənin en götürümü boyu
yuvaların bir-birinə uyğun
gəlmələrini, yuvalardakı toxumların
sayını, toxumun basdırılma
dərinliyini, qovuşan cərgəaralarının
enini və yuvaların ölçü məftilinin
dayaqlarına nisbətən vəziyyətini
yoxlayırsınız.
- Düyüntutanların hər iki çəngəlindən
alınmış yuvaları yoxlayırsınız.
- İkinci düyüntutanın işini, qovuşan
cərgəaralarının enini və qonşu
cərgələrdə yuvaların üst-üstə
düşməsini yoxlayırsınız.
|