|
- Tarlanın iki tərəfindən eni aqreqatın
en götürümünün 4 mislinə bərabər
olan dönmə zolaqları ayırırsınız.
- Dönmə zolaqlarının daxili sahələri ilə
nişancıqlar boyu dərinliyi 80-100 mm
olan yoxlama şırımları açırsınız.
- İlk gediş xəttini sahənin kənarından
aqreqatın en götürümünün 0,5-nə
bərabər məsafədə düz xətt boyunca
nişanlayırsınız.
- Toxumsəpənlərin dönmə
zolaqlarındakı doldurulma
məntəqələrini qeyd etmək üçün
hesabat aparırsınız.
- Toxum qutularının 80%-nin boşalması
üçün səpin aqreqatının getməli olduğu
yolu (metrlə) düsturla hesablayırsınız:
L=
10000×𝑄 𝐻×𝐵 × 0,8 L – yol; Q – toxum
qutularının həcmlərinin cəmi; H –
səpin norması kq; B – en götürümü m.
- Yolu şırımın uzunluğuna bölüb bir
doldurmadan digərinə qədər
aqreqatın tam gedişlərinin sayını təyin
edirsiniz.
- Tam gedişlərin sayına uyğun olaraq
onların yerini nişan paylayıcıqları ilə
qeyd edirsiniz.
|