Genişgötürümlü səpin aqreqatlarında qoşqulu СЗ – 3,6 toxumsəpənləri şahmat qaydasında, qatarlaşdırılmış halda СЗП – 3,6 toxumsəpəni dənli və paxlalı bitkilərin toxumlarının səpilən cərgələrə eyni vaxtda dənəvərləşdirilmiş mineral gübrələrin verilməsi ilə birlikdə səpilməsini təmin edir.
Toxumsəpən 24 cərgəlidir, onun əsasını çərçivə təşkil edir. Çərçivədə iki dəngübrə yeşiyi bərkidilmişdir. Yeşiklərə onların diblərindəki deşiyin qarşısında 24-makaralı səpici aparat boltlarla bərkidilmişdir. Deşiklərin sayı səpici aparatların sayına uyğundur. Yeşiyin arxa divarında 24 ədəd gübrəsəpən aparat qoyulmuşdur. Toxum borularını aparatların qıflarına məftillə bağlayıb bərkidirlər.
Toxumun və gübrənin səpilməsi aşağıdakı qadada baş verir. Toxumlar toxum yeşiyinin dibindəki deşikdən özbaşına axınla səpici aparatların qəbul hissəsinə daxil olur. Fırlanan makaralar qabırğalarla toxumları tutur və onları toxum borularının qıfına buraxır. Yeşiyin gübrə bölməsindən gübrəsəpici aparatın makaraları ilə gübrə təknələrinə tökülür, buradan isə dən qıflarına yönəldilir.
Toxum boruları ilə toxum gübrə ilə birlikdə cığıraçanlara daxil olur, buradan isə yönəldicilərlə diyirlənərək cığıraçanların disklərinin torpqada açdığı şırımların dibinə tökülür. Toxumların üstü cığıraçanların arxasınca gələn dırmıqların təsiri ilə şırımların divarlarından tökülən torpaqla örtülür.