11. Tək küzlərdə isə ortadan payalarla nişanladınızmı? |
3 Toxum, gübrə və bitki mühafizə vasitələri üçün
avadanlıqlar
3.1 Cərgəvi toxumsəpənlər
Səpin üsuluna görə toxumsəpənləri cərgəvi, darcərgəli, kvadratyuva, punktir, tək-tək və dağınıq toxumsəpən maşınlara ayırırlar.
Cərgəvi toxumsəpənlərin səpin prosesini yerinə yetirən işçi orqanları bunlardır: toxum yeşiyi, səpici aparatlar, toxum boruları, üstü torpaqlayan dırmıqlarla birlikdə cığıraçanlar. İşçi orqanlara xidmət edən mexanizmlər bunlardır: qoşqu ilə birlikdə çərçivə, oxlarla birlikdə dayaq-intiqal təkərləri, cığıraçanları qaldırma və onların torpağa keçmə dərinliyini qurma mexanizmləri, hərəkəti təkərlərdən səpici aparatların vallarına ötürmə mexanizmləri, bərkitmə detalları. Təyinatından asılı olaraq toxumsəpənin işçi orqanlarını dəyişirlər. Məsələn, dən-gübrə toxumsəpəninin dən-gübrə səpmək üçün, dən-gübrə-ot toxumsəpəninin dən, ot toxumu və gübrə səpmək üçün, darcərgəli dən-gübrə toxumsəpəninin darcərgəli üsulla dən və gübrə səpmək üçün işçi orqanları var.