Praktik tapşırıqlar 2.2 – Kotanın yoxlanıb hazırlanması işlərinin yerinə yetirilməsi
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? | ||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? | ||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4. Dayaq təkərini, asma üçbucağını və çərçivənin vəziyyətini yoxladınızmı? | ||
5. Boltların dartılma dərəcəsini, ön kotancıqların, gövdələrin, gavahınların və çöl taxtalarının vəziyyətini yoxladınızmı? | ||
6. Birinci və axırıncı gövdələrin ucları, yaxud dabanları arasındakı qaytanı çəkdinizmi? | ||
7. Bütün gövdələrdəki gavahınların ucları, yaxud dabanları bir xətt üzərində durdumu? | ||
8. Xətdən kənara çıxma ± 5 mm-dən artıq oldumu? | ||
9. Ön kotancığı hündürlüyə görə elə bərkitdiniz ki, o, 10-12 sm qalınlığında torpaq təbəqəsini sıyıra bilsin? | ||
10. Bıçaq diskinin fırlanma oxunu arxa ön kotancıq gavahınının ucunda yerləşdirdinizmi? | ||
11. Onun kəsən tilini isə gavahının ucundan 20-30 mm aşağı saldınızmı? | ||