Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar |
- Traktoru arxa gedişlə kultivatora elə
yaxınlaşdırırsınız ki, asqının aşağı
dartqılarının birləşdirici oynaqları
kultivatorun asqısının sapfası
qarşısında dayansın.
- Paylaşdırıcının lingini “üzən”
vəziyyətinə qoyursunuz.
- Ardıcıl olaraq sol dartıcının, sonra sağ
dartqının oynağını kultivator asqısının
sapfası ilə birləşdirirsiniz və onları
bərkidirsiniz.
- Yuxarı dartqını kultivatorun asılma
üçbucağının dayağındakı aşağı
deşiklə birləşdirirsiniz.
- Asma mexanizminin sağ çəp
dayağının dartqı ilə kultivator
çərçivəsinin vəziyyətini
tənzimləyirsiniz.
- Yuxarı dartqının uzunluğunu
dəyişməklə asılma üçbucağı
dayağının şaquli vəziyyət tutmasına
nail olursunuz.
- Asma mexanizminin uzunluğuna
yellənməsini tənzimləyirsiniz.
|