Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Traktoru arxa gedişlə kotana
elə yaxınlaşdırırsınız ki,
asqının aşağı dartqılarının
birləşdirici oynaqları kotanın
asma oxunun mərkəzindən
20-60 mm aralı qalsın.
- Milləri uzununa dartqıların
deşiklərindən çıxarırsınız.
- Asma mexanizmini aşağı
salırsınız və uzununa dartqının
kürəvarı oynağını kotanın
asma oxunun sapfasına
geydirirsiniz.
- Sapfaların deşiklərinə çüy
salırsınız.
- Yuxarı dartqını kotanın asqı
dirəyinin çəngəli ilə
birləşdirirsiniz və onu barmaqcığın köməyi ilə
bərkidirsiniz.
|