Təlim nəticələrinə nail
olmaq üçün tələb olunan
praktiki tapşırıqlar |
- Dayaq təkərini, asma üçbucağını
və çərçivənin vəziyyətini
yoxlayırsınız.
- Boltların dartılma dərəcəsini, ön
kotancıqların, gövdələrin,
gavahınların və çöl taxtalarının
vəziyyətini yoxlayırsınız.
- Birinci və axırıncı gövdələrin ucları,
yaxud dabanları arasındakı qaytanı
çəkirsiniz.
- Bütün gövdələrdəki gavahınların
ucları, yaxud dabanları bir xətt
üzərində durmalıdır, xətdən kənara
çıxma ± 5 mm-dən artıq
olmamalıdır.
- Ön kotancığı hündürlüyə görə elə
bərkidirsiniz ki, o, 10-12 sm
qalınlığında torpaq təbəqəsini
sıyıra bilsin.
- Bıçaq diskinin fırlanma oxunu arxa
ön kotancıq gavahınının ucunda
yerləşdirirsiniz.
- Onun kəsən tilini isə gavahının
ucundan 20-30 mm aşağı salırsınız
|