Bu kultivatorların hər birindən görüləcək işlərin xarakterinə uyğun olaraq istifadə edilir.
İşçi orqanların torpağa batma dərinliyini nizamlayan mexanizm vint cütündən təşkil edilmişdir. Qoşma kultivatorlarda bənd borusu və təkər kronşteyni, asma kultivatorlarda isə tökmə kronşteyn və təkərin kronşteyni bərkidilir. Vinti fırlatmaqla təkərin oxunun kronşteyninin vəziyyətini və çərçivəyə nəzərən təkərin yerini dəyişirlər.
2.4 Hamarlayıcılar (planlaşdırıcılar)
Əkilən torpaqların hamarlanması mühüm meliorativ tədbir hesab edilir. Bu tədbir suvarılan torpaqlarda daha böyük əhəmiyyətə malikdir. Hamarlama işi əkin sahələrində olan dərə-
dərətəpəciklərin
aradan götürülməsindən
ibarətdir ki, suvarma zamanı su
sahənin bütün ərazisinə çata bilsin və
suvarılmayan yer qalmasın.
Hamarlama sahənin vəziyyətindən
asılı olaraq üfüqi və maili səth üzrə aparıla bilər.
Kənd təsərrüfatı
məhsullarının daha keyfiyyətli və
məhsuldar olması üçün əkin sahələri
lazımi qaydada nəmləndirilməlidir. Buna
nail olmaq üçün sahə gərək planlaşdırılsın
ki, bu işi də planlaşdırıcı maşınlar yerinə
yetirir.
Hamarlayıcıların əsas hissələri: