Dayaq təkərləri şumun növünə uyğun onun dərinliyini nizamlamaq funksiyasını yerinə yetirir.
2.2 Malalar və vərdənələr
Malalar torpaq kotanla şumlandıqdan sonra torpaq laylarını və kəsəklərini yumşaltmaq, alaq otlarının inkişafını dayandırmaq, payızlıq bitkilərin və ot bitkilərinin qalıqlarını daramaqla sahədən kənar etmək və s. funksiyaları yerinə yetirir. Malalar təsnifatına görə dişli, yaylı və diskli malalara bölünürlər. Kütlələrinə görə malalar ağır, orta ağır və yüngül olurlar. Ağır malalarda hər bir diş torpağa 20 H qüvvə ilə təsir edir. Orta kütləli malalar 15 H, yüngül malalar isə təqribən 10 H-a qədər qüvvə ilə təsir edir.
Dişli malalar, əsasən, dairəvi, kvadrat, yastı və bıçaq formalı düzəldilir.
Malalanma aşağıdakı aqrotexniki tələblərə cavab verməlidir: