2 Torpağın becərilməsi və toxum səpini üçün aqreqatlar
və onlara texniki xidmətin göstərilməsi
2.1 Kotanlar
Torpağın becərilməsində ilkin mərhələ onun şumlanmasını həyata
keçirməkdir.
Torpağın şumlanmasının əsas məqsədi torpağı yumşaltmaq və alaq otlarına
qarşı mübarizə aparmaqla yanaşı, əkiləcək bitki toxumlarının normal cücərib
inkişaf etməsi üçün toxum yatağı hazırlamaqdır. Bu məqsədlə müxtəlif
konstruksiyalı kotanlardan istifadə edilir. Kənd təsərrüfatında istifadə edilən
kotanlar traktorlarla aqreqatlaşmaqla şumlamanı yerinə yetirirlər. Torpaqların
şumlanmasında istifadə edilən kotanlar ümumi və xüsusi təyinatlı olmaqla
siniflərə ayrılır. Traktorlarla aqreqatlaşmalarına görə kotanlar, əsasən,
qoşma, yarımasma və asma kotan növlərinə ayrılırlar.
Ümumi təyinatlı kotanlarla torpağı 30-32 sm dərinlikdə şumlamaq
mümkündür. Xüsusi təyinatlı kotanlar vasitəsilə plantaj şumları, meşə və
meyvə bağlarının şumlanmasında və meliorasiya
işlərində və s. işlərdə istifadə edilir.
Şəkil.8. Səkkiz Gövdəli asma kotan