4. Sonsuz vint ötürmələri fırlanma hərəkətini oxların çarpazlaşma bucağı ..................... təşkil edən vallara ötürmək üçün tətbiq olunur. 5. Hidravlik silindrlər ştokların “irəli-geri” hərəkətləri .................... yaranmasına xidmət edir. |
Praktiki bacarıqların qiymətləndirilməsi
Praktik tapşırıqlar 1.1 Dişli çarx ötürmələrində ilişmənin tənzimlənməsi işlərinin yerinə yetirilməsi
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? |
||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? |
||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? |
||
4. Aparan dişli çarxın dişlərinə nazik boya təbəqəsi çəkdinizmi? |
||
5. Aparılan valı saxlayaraq, aparan dişli çarxı boya izləri alınana qədər hər iki tərəfə fırlatdınızmı? |
||
6. Dişlərin təmasda olmasından boya ləkəsi dişlərin uclarına düşməzsə, deməli, ilişməni düzgün qurmusunuz? |