Qarğıdalını sütül mərhələdə yığdıqda kombayn qıçanı ayırır və yarpaq-gövdə kütləsini silos
üçün doğrayır. Qarğıdalını tam
yetişkənlik mərhələsində yığmaq üçün
kombayn qıçaayıran vərdənələrlə, sütül
yetişkənliyi mərhələsində qıçaları
ayırmaqla yığmaq üçün aktiv
vərdənələrlə, yarpaqları, gövdələri,
qıçaları doğramaqla yığmaq üçün bitervərdənələr
ilə təchiz edilir.
Kombaynın əsas qovşaqları və işçi orqanları bunlardır: təmizlənmiş qıçalar
konveyeri, dən şneki, kəsici aparat, qıçaqoparan vərdənələr, doğrayıcı,
qıçalar şneki, sıxıcı quruluş, ventilyator, təmizlənmiş qıçalar konveyeri,
təmizləyici aparat, örtük-qabıq konveyeri, yuvarlanma taxtası.
Müasir fermer təsərrüfatlarında qarğıdalını dən və silos üçün yığmaqdan ötrü
bu məqsəd üçün hazırlanmış və traktorla aqreqatlaşmadan sərbəst hərəkət
edə bilən kombaynlardan geniş istifadə olunur.
Kartof əkini və yığımı da digər bitkilərin əkilməsi və yığılması kimi tam mexanikləşdirilmişdir. Kartofyığan maşınlara misal olaraq ККУ-2А və КТН-2Б kartofyığan kombaynlarını göstərə bilərik.