4.5 Qarğıdalının yığılması üçün maşınlar və aqreqatlar.
Kartofyığan kombaynlar
Dənli bitkilərin içərisində ən yüksək məhsul verən bitki qarğıdalı hesab edilir.
Bundan əlavə, heyvandarlıqda yüksək yem bitkisidir. Qarğıdalı bitkisinin
becərilməsi və məhsulunun yığılması artıq tam mexanikləşdirilmişdir.
Qarğıdalını iki məqsəd üçün – silos və dən üçün yığırlar. Qarğıdalı aqrotexniki
qaydalara istinad edilməklə yığılmalıdır. Qarğıdalı silos üçün yığılırsa, onda
qarğıdalı yığan maşın onun gövdəsini doğramalı və əzməlidir. Maşın
nizamlanan zaman doğranmış kütlənin uzunluğu 2-3 sm-dən böyük
olmamalıdır. Qarğıdalı silos üçün yığıldıqda xüsusi yığım texnologiyası
işlənməlidir. Silos üçün yığılan qarğıdalı rotorlu silos yığan maşınlarla
yığıldıqda daha çox effektli olur və rotorlu silos yığan maşınlar yüksək
məhsuldarlıqları ilə seçilir.
“Xersonets -7” qarğıdalıyığan kombaynı axınlı tipli sağdankəsən qoşma ikicərgəli maşındır. Bu kombaynla cərgəarası 70-90 sm olan və cərgədə bitkilər arasındakı məsafə 20 sm-dən az olmayan qarğıdalı əkinlərində məhsulun istənilən yetişkənlik mərhələsində yığılması üçün nəzərdə tutulmuşdur. Kombayn traktorla aqreqatlaşdırılır.