9. Qoşqu səpələyicilərlə tarlada məkik üsulu ilə hərəkət etdinizmi? |
||
10. Səpələyicini şırımın uzunluğunun yarısına qədər apardınız və bu zaman banın həcminin yarısına qədərini sərf etdinizmi? |
||
11. Tarlanın ortasında aqreqatı döndərib, sonra geri qayıdaraq gübrənin qalan hissəsini səpdinizmi? |
||
12. Əvvəlcə tarlanın birinci yarısını, sonra isə ikinci yarısına keçərək onu da eyni qayda ilə becərdinizmi? |
4 Məhsul yığan maşınlar və onların əsas hissələri
4.1 Otbiçən maşınlar
Kənd təsərrüfatında heyvandarlığın məhsuldar inkişafı üçün əsas şərtlərdən
biri də yem bazasının yaradılmasıdır. Yem tədarükü də artıq tam
mexanikləşdirilmişdir və bu işlər bu məqsəd üçün istehsal edilmiş maşınlarla
yerinə yetirilir.
Ölkəmizin relyef və iqlim şəraitindən asılı olaraq otu müxtəlif konstruksiyalı öt
biçənlərlə biçirlər. Meşəlik və çəmənlik ərazilərdə otu КРН-2,1 və КС- 2,1
otbiçən maşınlarla biçirlər. Biçilmiş otları isə çevirmək üçün ГВК-6м eninə
təkərli-barmaqlı dırmıqlardan istifadə olunur və 45-50% nəmliyə kimi
saraldılmış otu elə həmin dırmıqlarla və yaxud ГТП-6 eninə dırmıqlar ilə dırmıqlayıb tirələrə yığırlar.