1 K/t maşınlarında güc ötürülməsinə təsir edən fizikanın
qanunları və onların tətbiq sahələri
1.1 Burucu momentin planetar çoxaldıcısı
Burucu momentin artırılması üçün, əsasən, planetar mexanizmlərdən istifadə edilir. Bu mexanizmin əsas işi planetar dişli çarx ötürməsinin üzərində qurulur. Planetar dişli çarx ötürməsi – bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1) .Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır.
Şəkil 1. Planetar dişli çarx ötürməsi