Praktiki tapşırıqlar və fəaliyyətlər
Praktiki tapşırıq 4.1 – Mühərrik yağının dəyişdirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı, iş ayaqqabısı və əlcək;
- İstifadə etmək üçün təlimat;
- Mühərrik;
- Açarlar dəsti;
- Mühərrik yağı.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Mühərrik yağının dəyişdirilməsi |
- İş paltarını geyinin
- Əməyin təhlükəsizliyi
qaydalarına əməl edin.
- Mühərrik yağının dəyişdirilməsi
işlərinin yerinə yetirilməsinə dair
təlimatla tanış olun.
- Çalışmalısınız ki, yerinə
yetirdiyiniz tapşırığın
addımlarını təlimata uyğun
yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar
|
- Mühərrik yağını orta istismar
şəraitində istehsalçı zavodun
təlimatına əsasən (2000-3000
km qaçışdan sonra)
dəyişməlisiniz.
- Yağı tamamilə sistemdən
boşaltmaq üçün mühərriki
qabaqcadan qızdırırsınız.
- Əgər yağ boşaldılarkən yağın
həddən artıq çirkləndiyi aşkar
edilərsə (bunu yağın həddən
artıq bulanıqlığına və onun içərisində çoxlu miqdarda
mexaniki qarışıqların olmasına
görə müəyyən edirsiniz),
sistemi yuyub təmizləyirsiniz.
|