d) İkitaktlı mühərriklərdə sıxılmadan yaranan istilikdən Sual 5: Dizel mühərriklərində yanıcı qarışıq> harada hazırlanır? a) Karbüratorda b) Yüksək təzyiqli yanacaq nasosunda c) Sorma boru kəmərində d) Silindrin daxilində Sual 6: Yüksək təzyiqli yanacaq nasoslarındakı plunjerlər nə cür hərəkət edirlər? a) Aid olduğu gilizdə irəli-geri hərəkət edir. b) Aid olduğu gilizdə fırlanaraq hərəkət edir. c) Aid olduğu gilizdə üfüqi hərəkət edir. d) Düzgün variant göstərilməyib. |
|
2. Düzgün və ya səhv cavabları seçmək |
Aşağıdakı cümlələrin əvvəlində göstərilən
boşluğa düzgün ( + ) və ya səhv (–) olduğunu
işarə edin: 1. ( ) Sıxma dərəcəsi nə qədər çox olarsa, mühərrikin qənaətcilliyi də bir o qədər az olar. 2. ( ) Sıxma dərəcəsi nə qədər çox olarsa, mühərrikin qənaətcilliyi də bir o qədər çox olar. 3. ( ) Sıxma dərəcəsi nə qədər çoxdursa, mühərrikin gücü də bir o qədər çox olar. 4. ( ) Karbürator yanıcı qarışıq hazırlayan cihazdır. 5. ( ) Yanıcı qarışıqda benzinin miqdarı çox olarsa, bu qarışıq zəngin hesab olunmayacaq. 6. ( ) Karbüratorun qarışdırıcı kamerasında əmələgələn seyrəlmə jiklyordan yanacağın intensiv axmasına səbəb olur. 7. ( ) Ekonomayzer karbüratorun qarışdırıcı kamerasına zənginliyi artırmaq üçün əlavə yanacaq verir. 8. ( ) Dizel mühərriklərində yanıcı qarışıq mühərrikin silindrlərindən kənarda hazırlanır. 9. ( ) Dizellərdə yanıcı qarışığın əmələgəlməsi və alışması eyni vaxtda baş verir. |