Təlim nəticələrinə nail olmaq üçün
tələb olunan praktiki tapşırıqlar |
- Yanacaq nasosunun
seksiyalarından yüksək təzyiq
yollarını ayırın.
- Kompressiyanı açılmış
vəziyyətə gətirin.
- Dirsəkli valı döndərin və
porşeni silindrlərdən birində
xaricetmə və ya sorma
vəziyyətinə qoyun.
- Bu vəziyyətdə plunjer aşağı
vəziyyətdə olacaq və
plunjerüstü fəza yanacağın
qəbul kanalı ilə sərbəst
birləşəcək.
- Əl nasosu ilə yanacağı vurun
və yoxlanılan seksiyanın
ştuserində yanacağın
səviyyəsini müşahidə edin.
- Əgər müşahidə etsəniz ki,
yanacağın səviyyəsi yüksəlir
və ya ştuserdən axır, bu, o
deməkdir ki, vurucu klapanın
hermetikliyi kifayət qədər
deyil.
|