Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar |
- Mühərriki işə salaraq normaya
uyğun qızdırırsınız.
- Karbüratorun hava qapağını
tam açıq vəziyyətə gətirirsiniz.
- Yanıcı qarışığn miqdarının
tənzimlənməsini drosselin
dayaq vinti ilə aparırsınız.
Drosselin dayaq vintini
burmaqla mühərrikin dirsəkli
valının fırlanma tezliyini
mümkün olan minimal sürətə
endirirsiniz.
- Yanıcı qarışığın kefiyyətini
tərkibi nizamlayan vintlə
nizamlayırsınız. Drosselin
vəziyyətini dəyişmədən
qarışığın keyfiyyətini
nizamlayan vinti burub
açmaqla, yaxud bərkitməklə
dirsəkli valın fırlanma tezliyini
artırırsınız.
- Sonra drosselin dayaq vintini
yenidən burursunuz və dirsəkli
valın minimal, lakin dayanıqlı
fırlanma tezliyini əldə edisiniz.
- Nizamlamanı yoxlamaq üçün
drosseli açırsınız və cəld
bağlayırsınız. Bu zaman
mühərrik işləməkdə davam edərsə, nizamlamanı düzgün
aparmısınız, mühərrik
dayanarsa, drosselin dayaq
vintini yarım dövr burursunuz
və nizamlamanı yenidən
yoxlayırsınız.
|