3.2.3 Turbokompressor
Sizə məlumdur ki, silindrə daxil olan hava kütləsi təmizlənmiş halda daxil olur. Havanın təmizlənmədən silindrlərə daxil olması yolverilməzdir, çünki bu, mühərrikin silindrlərinin deformasiyaya uğrayaraq tez sıradan çıxmasına səbəb ola bilərdi. Bunu nəzərə alaraq bütün DYM-də olduğu kimi, dizel mühərriklərində də hava süzgəclərindən istifadə edilir.
Havanın silindrlərə sovrulması o halda baş verir ki, birinci takt baş verən zaman porşenin
AÖN-ə hərəkəti zamanı sorma klapanının açılması boşluq yaradır və yaranmış boşluq sorma boru kəmərinə qədər gəlib çatır. Yaranmış boşluq imkan verir ki, hava kütləsi silindrə daxil olsun. Hava kütləsinin silindrə daxil olması sorma taktının sonuna qədər davam edir. Bundan sonrakı taktın sonunda silindrə daxil olmuş hava qalıq tüstü ilə qarışaraq temperaturu 600- 7000 C-yə çatmış mühit yaratmışdır. Yaranmış bu mühitə dizel yanacağı toz halında püskürülür və öz-özünə alışma baş verir. Dizellərdə yanıcı qarışığın əmələgəlmə prosesi mühərrikin silindrlərində saniyənin mində bir hissələri ilə hesablanan qısa vaxt müddətində keçir. Deməli, dizellərdə yanıcı qarışığın əmələ gəlməsi və alışması eyni vaxtda baş verir. Bu prosesin özü dizelləri benzinlə işləyən mühərriklərdən fərqləndirən cəhətlərdən biridir.