3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4. Ara boşluğunu nizamlamaq üçün stopor vintini boşaltmaqla işə başladınızmı? | ||
5. Eksentrikin köməyi ilə tərpənməz kontaktın lövhəsinin ara boşluğunun böyük və ya kiçik olmasını aşkarladınızmı? | ||
6. Ara boşluğu nizamlanarkən xüsusi alət olan araölçəndən istifadə etdinizmi? | ||
7. Araölçəndən istifadəyə yer verdinizmi? | ||
8. Nizamlama başa çatdıqdan sonra stopor vintini bərkitdinizmi? | ||
9. İşi keyfiyyətlə yerinə yetirdiyinizə əminsinizmi? |
3. Karbüratorlu və dizel mühərriklərinin iş prinsipləri
3.1 Karbüratorlu mühərriklərin və karbüratorların müxtəlif rejimlərdə iş prinsipi
Karbüratorlu mühərriklər bir qayda olaraq benzinlə və ya qazla işləyir. Bu mühərriklərdə yanıcı qarışıq (yanacaq-hava qarışığı) silindrlərin yanma kamerasından kənarda hazırlanır. Bu cür hazırlanma karbüratorlu və sorma klapanları ətrafında sorma boru kəməri üzərində yerləşdirilmiş xüsusi tozlandırıcıları (injektorları) olan mühərriklərdə baş verir. Karbüratorlu və injektorlu mühərriklərdə sorma taktı baş verdikdə silindrdən kənarda hazırlanan yanıcı qarışıq silindrlərə daxil olur. Bu qarışığın öz-özünə alışmasının qarşısını almaq üçün benzinlə işləyən mühərriklərdə dizel mühərriklərindən fərqli olaraq sıxma dərəcəsi aşağı olur (6,5-8,2). Başqa sözlə, sıxılmanın sonunda işçi qarışığın tutduğu həcm 6,5-8,2 dəfə azalır və silindrdə təzyiq 10-12 kqq/sm2-ə çatır. İşçi qarışığın temperaturu 300-4000 C-yə qədər yüksəlir.