2. Düzgün və ya səhv cavabları seçmək | Aşağıdakı cümlələrin əvvəlində göstərilən
boşluğa düzgün ( + ) və ya səhv ( – ) olduğunu
işarə edin 1. ( ) Maqnetonun paylayıcısı müəyyən ardıcıllıqla alışdırma şamlarını işə qoşur. 2. ( ) Qırıcının kontaktları arasındakı ara boşluğu normalda 0,35-0,45 mm olur. 3. ( ) Kontaktlar arası ara boşluğu böyük olduqda dirsəkli valın böyük dövrlərində mühərrik müntəzəm işləyir. 4. ( ) Alışdırma şamının ara boşluğunun nizamlanmasını onun yan elektrodunu burmaqla yerinə yetirirlər. 5. ( ) İşçi qarışığın etibarlı alışmasından ötrü 12 volta qədər gərginlik lazımdır. 6. ( ) Maqnetonun ikiqütblü rotoru fırlandıqda yaranan maqnit induksiyası cərəyan hasil edir. 7. ( ) Qırıcı-paylayıcı qırıcıdan və paylayıcıdan təşkil edilmişdir. |
3.Boşluqları doldurmaq |
Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun
gələn sözləri daxil edin: Sual1: Etilli benzini adi benzindən fərqləndirmək üçün ona ............ qatırlar. Sual 2:Özlülük yanacağı təşkil edən hissəciklərin xarici təsir altında qarşılıqlı yerdəyişməyə .................... Sual 3: Dizel yanacağının alışmaya meylliliyi ................. ədədi ilə qiymətləndirilir. Sual 4: Benzinin detonasiyaya davamlılığı .......... ədədi ilə təyin edilir. Sual 5: Benzinlə işləyən mühərriklərdə işçi qarışıq .......................ilə alışdırılır. Sual 6: Alçaq gərginlikli dövrə: .......... – alışdırma sarğacının birinci dolağı – alışdırma açarı. Sual 7: Yüksək gərginlikli dövrə: alışdırma sarğacının ikinci dolağı –...................... – alışdırma şamları. |