Təlim nəticələrinə nail olmaq
üçün tələb olunan praktiki
tapşırıqlar |
- Nasaz şamın aşkar edilməsini
iki üsulla yerinə yetirin:
voltoskopdan istifadə etməklə
və ondan istifadə etmədən.
- Nasaz şamı voltoskopun
köməyi ilə tapmaq üçün
voltoskopun ucunu işləyən
mühərrikdə şamların mərkəzi
elektroduna növbə ilə
toxundurun.
- Voltoskopun pəncərəsindən
görünən müntəzəm parlaq
işartı şamların saz olduğunu
bildirir.
- Əgər pəncərədən görünən qaz
işartısı sönük, yaxud qeyrimüntəzəm
növbələnən işartı
olarsa, bu əlamət şamın nasaz
olmasını bildirir.
-
Voltoskopdan istifadə etmədən
şamların işləməsini yüksək
gərginlik məftillərini növbə ilə
onlardan açmaqla
yoxlayırsınız. Əgər açılmış
şam sazdırsa, mühərrikin
qeyri-müntəzəm işləməsinin
daha da artmasını müşahidə
edəcəksiniz. Naqil açıldıqdan
sonra qeyri-müntəzəmlik eyni
ilə qalarsa, bu əlamət şamın
nasazlığıdır.
- Nasaz şamı burub çıxarırsınız
və nəzərdən keçirirsiniz.
- Şamda qurum yığılmasını
müşahidə etdikdə qurumu
təmizləmək üçün şamın izolyatorunun aşağı hissəsində
benzinlə elektrodları
yuyursunuz (təhlükəsizliyə
əməl etməklə).
|