Dizel yanacaqları bir neçə çeşiddə hazırlanır: İqlimi hədsiz soyuq olan ərazilər (məsələn, Arktika) üçün hazırlanan, qış və yay mövsümlərində işlədilməsi nəzərdə tutulan dizellər. Arktika yanacağını temperatur mənfi 300 C-dən aşağı, qış yanacağını 00 C-dən mənfi 300 C-yə kimi, yay yanacağını 00 C-dən yuxarı olduqda istifadə edirlər.
2.3 Yanıcı qarışıqlar və onların tərkibi
Yanacağın hava ilə qarışığı yanıcı qarışıq, yanıcı qarışığın
silindrdəki qalıq tüstü ilə qarışığı isə işçi qarışıq adlanır. Mühərriklərin
silindrlərində yanma prosesi çox qısa zamanda (0,002-0,003 san.) baş
verməlidir. İşçi qarışığın belə sürətlə yanması üçün yanacaqla hava
qarışığı lazım olan nisbətdə olmalıdır. Yanıcı qarışıqlar dörd növə
ayrılır: normal, zənginləşdirilmiş, zəngin, kasıblaşdırılmış və kasıb
qarışıqlar.
Normal qarışıqda 1q. benzinə 15 q., zənginləşdirilmiş qarışıqda 1q.
benzinə 13-15q., zəngin qarışıqda 1q. benzinə 13 q.-dan az,
kasıblaşdırılmış qarışıqda 1q. benzinə 15-16,5 q., kasıb qarışıqda 1q.
benzinə 16,5 q.-dan artıq hava düşür.
Əgər 1q. benzinə 5q-ma qədər və ya 1q. benzinə 21q. və bundan artıq
hava düşürsə, belə qarışıqlar, ümumiyyətlə, alovlanmırlar. Yanıcı
qarışığın tərkibi onun silindrlərdə yanma sürətinə böyük təsir göstərir.
2.4 Batareyadan və maqnetodan alışdırmanın xarakteristikası
Benzinlə işləyən mühərriklərdə işçi qarışıq (İQ) elektrik qığılcımı ilə alışdırılır. Belə alışdırmaya məcburi alışdırma deyilir. İşçi qarışığın alışması alışdırma şamının elektrodları arasındakı ani müddətdə əmələgələn qığılcım vasitəsilə baş verir. Əgər nəzərə alınsa ki, bu qığılcım sıxılmış mühitdə verilir, onda aydındır ki, bu mühit alışdırma şamının elektrodları arasından elektrik cərəyanının keçməsinə böyük müqavimət göstərir. Bu müqaviməti dəf etmək və İQ-ın etibarlı alışmasından ötrü 20-24 min volta qədər yüksək gərginlikli cərəyan lazımdır.