Qiymətləndimə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? | ||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? | ||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4. İşi keyfiyyətlə yerinə yetirdiyinizə əminsinizmi? | ||
5. Klapanların bağlı olması üçün porşeni sıxma taktının sonuna qoydunuzmu? | ||
6. Ara boşluğu nizamlayarkən xüsusi alət olan araölçəndən istifadə etdinizmi? | ||
7. İşi keyfiyyətlə yerinə yetirdiyinizə əminsinizmi? |
2. DYM üçün istifadə olunan yanacaqların, yanıcı qarışıqların və alışdırmaların növləri
2.1 Benzin yanacağı və onun əsas texniki göstəriciləri.
Benzinin detonasiya xassəsi və oktan ədədi
Benzin neftdən alınan məhsuldur. Benzinlə işləyən mühərriklər üçün,
əsasən, krekinq benzindən istifadə edilir. Benzinin keyfiyyəti onun
sıxlığı, istiliktörətmə xüsusiyyəti və detonasiya xassəsi ilə xarakterizə
olunur.
Benzinin sıxlığı 200 C temperaturda 0,7-0,76 q/sm3 həddində olur.
Benzinin istiliktörətmə xassəsi təxminin 10500-11000 kkal.-dir
Benzinin detonasiya xassəsi və oktan ədədi:
Silindrdə sıxılan yanıcı qarışıq normal şəraitdə 20-30 m/san sürətlə
yanır. Benzinin keyfiyyəti pisləşdikdə qarışığın bir qismi saniyədə 2000
metrə çatan sürətlə yanır ki, bu da zərbə dalğasının yaranması və
təzyiqin xeyli yüksəlməsi ilə müşayiət olunur.