tapşırıqlar |
- Klapanların bağlı olması üçün
porşeni sıxma taktının sonunda
qoyun.
- Balansirlə klapan mili
arasındakı ara boşluğunu
yoxlayın və boşluğun
pozulmasının hansı klapana
aid olmasını müəyyən edin.
- Ara boşluğunu nizamlamaq
üçün balansirdəki nizamlama
vintinin əks-qaykasını boşaldın
və nizamlama vintini
fırlatmaqla ara boşluğunu
normaya uyğun saxlayın.
- Əks-qaykanı bərkidin və
yenidən ara boşluğunu
yoxlayın.
- Qaykaları bərkitdikdə saz
alətlərdən yararlanmalı və
əməyin təhlükəsizliyinə
maksimum əməl etməlisiniz.
- İstifadə olunan alətlərin saz
olmasına və qaykaların
ölçülərinə uyğunluğuna diqqət
edin.
- Dodaqları qeyri-paralel,
yeyilmiş olan qayka açarları ilə
işləməyə icazə verilmir.
- İriölçülü və standarta uyğun
olmayan alətlərdən istifadə
yolverilməzdir.
|