Soyutma sisteminin vəzifəsi mühərrik işləyərkən onun hissələrindən
istiliyi kənar etmək və mühərriki optimal istilik rejimində saxlamaqdır.
Yağlama sisteminin vəzifəsi mühərrik işləyərkən onun sürtünən
hissələrinə yağ verməklə onların yeyilməsinin qarşısını almaq və bu
hissələrin qismən soyumasını təmin etməkdir.
Qida sisteminin vəzifəsi yanacaq və havanı təmizləmək, onlardan yanıcı
qarışıq hazırlamaq, onu silindrlərə ötürmək və yanmış qazları oradan
xaric etməkdir.
Alışdırma sisteminin vəzifəsi elektrik qığılcımı əmələ gətirmək və işçi
qarışığı alışdırmaqdır. Bu sistem dizel mühərriklərində olmur.
1.4 Dördtaktlı və ikitaktlı DYM-nin silindrləri daxilində
baş verən iş prosesi. DYM-nin işə salma sistemləri
Şəkil 13. Dördtaktlı birsilindrli dizel
mühərrikinin iş qaydası
a – sorma; b – sıxma; v – yanma-
genişlənmə;
q – xaricetmə
Dördtaktlı dizel mühərriklərinin silindrləri daxilində gedən iş prosesi belədir: Porşen YÖNdən AÖN-ə hərəkət etdikdə sorma klapanı açılır, silindrdə və yanma kamerasında seyrəkləşmə yaranır. Sonra sorma klapanı açılır, təmizlənmiş atmosfer havası silindrə daxil olur və oradakı qalıq yanma məhsulları ilə qarışır. Bu proses porşen aşağı ölü nöqtəyə çatana qədər davam edir və porşen AÖN-ə çatdıqda sorma klapanı bağlanır. Porşen yenidən AÖNdən YÖN-ə doğru hərəkətə başlayır, bu zaman hər iki klapan bağlı olduğundan sıxma taktı baş verir. Sıxma taktının sonunda silindrə yanacaq toz halında püskürülür və öz-özünə alışma baş verir və nəticədə iş gedişi (yanma-genişlənmə) taktı əmələ gəlir. İşçi qarışığın yanmağa başlaması ilə silindrdə təzyiq kəskin artır (6–9 MPa-a qədər), yanma məhsullarının temperaturu isə 1800 – 20000 C-yə qədər yüksəlir. İş gedişi baş verdikdə qazların təzyiqindən porşen yenidən AÖN-ə doğru hərəkət edir.