1.3 DYM-nin əsas mexanizmləri, onların quruluşu və işi. Mühərrikin sistemlərinin vəzifələri

DYM-də iş tsiklinin yerinə yetirilməsində çarxqolu-sürgüqolu mexanizmi, qazpaylama mexanizmi, soyutma sistemi, yağlama sistemi, qida sistemi və alışdırma sistemi (alışdırma sistemi

Şəkil 7. Silindrlər bloku

dizel mühərriklərində olmur, çünki alışma öz-özünə gedir) iştirak edir.

Çarxqolu-sürgüqolu mexanizminin vəzifəsi iş gedişi (yanma-genişlənmə) taktı zamanı qazların təzyiqini qəbul etmək və porşenin irəli-geri düzxətli hərəkətini dirsəkli valın fırlanma hərəkətinə çevirməkdir.

Çarxqolu-sürgüqolu mexanizminə aşağıdakı hissələr aiddir: başlıqla birlikdə silindrlər bloku, gilizlər (silindrlər), üzüklərlə birlikdə porşenlər, porşen barmaqları, sürgüqolu, dirsəkli val, nazim çarx və karter.

Silindrlər bloku mühərrikin əsas hissəsidir ki, mühərrikin bütün başqa mexanizmləri və hissələri ona bərkidilir. Mühərrikin konstruksiyasından asılı olaraq silindrlər blokda V şəkilli iki cərgədə 900 bucaq altında

Şəkil 8. Porşen; porşen
barmağı; üzüklər; sürgüqolu

və ya şaquli olaraq bir cərgə ilə yerləşdirilir. Silindrlər blokunda gilizlər yerləşdirilmişdir.

Porşen – iş gedişi vaxtı qəbul etdiyi qazların təzyiqini porşen barmaqları vasitəsilə sürgüqoluna ötürmək üçündür.

Bundan başqa, porşenin köməyi ilə hazırlıq taktları icra olunur. Porşenlər silindrik formada olub, alüminium ərintisindən tökülür.