8. Sıxılmış havanın təzyiqinə nəzarət etmək üçün
radiatorun aşağı qabından qızdırıcıya gedən
qısaboruya manometr birləşdirdinizmi? |
|
|
9. Qaynar suyu radiatorun yuxarı qabının
qısaborusu vasitəsilə verirdiniz? |
|
|
10. Bu zaman aşağı qabda təzyiqin 1 kqq/sm2-
dən artıq olmamasına diqqət etdinizmi? |
|
|
11. Yuma əməliyyatı sona çatdıqdan sonra
radiatorun içərisində az da olsa, kaustik soda
məhlulu qalmasın deyə radiatorun daxilini su
şırnağı ilə bir daha yuydunuzmu? |
|
|
12. Alüminium ərintisindən düzəldilmiş silindrlər
blokunun və blok başlığının soyuducu maye
köynəklərini də kaustik soda ilə yudunuzmu? |
|
|
13. Əgər radiatorun borularında ərp çöküntüsü
azdırsa, onu yerindən çıxarmadan xrompik
məhlulu ilə təmizləmək qərarına gəldinizmi? |
|
|
14. Xrompik məhlulunu 1 litr suya 4-8 qram
xrompik (K2Cr2O7) qatmaqla hazırladınız? |
|
|
15. Hazırlanmış məhlulu sistemə tökərək soyutma
sistemini doldurulmuş bu məhlulla bir ay işlətməyi
tövsiyə etdinizmi? |
|
|
16. Bu müddətdə heç bir sızıntı olmadan sistemdə
maye azalarsa ,sistemə su əlavə etməyi və hər
hansı bir sızıntı səbəbindən sistemdən məhlul
kənara axıbsa, onda sistemə məhlul əlavə etməyi
tövsiyə etdinizmi? Özünüz idarə edirsinizsə,
deyilənlərə əməl etdinizmi? |
|
|
17. Müddət bitdikdən sonra məhlulu boşaltdınızmı
və sistemi təmiz su ilə yaxşıca yudunuzmu? |
|
|
18. Yuyulma zamanı radiatorun tutumundan 10-15 dəfə çox su işlətdinizmi və suyu sistemə əsas
maye dövranının əks istiqamətində verdinizmi? |
|
|