5. Mühərrikə birinci texniki qulluğu göstərərkən
aşağıdakı işləri yerinə yetirdinizmi?
a). Yağlama sistemi cihazlarının və yağ boru
kəmərlərinin kipliyini bayırdan müayinə etməklə
yoxladınızmı və nasazlıq oldusa, aradan
qaldırdınızmı? b). Yağ süzgəcindəki çöküntünü boşaltdınızmı? Çöküntünü boşaltmazdan əvvəl mühərriki qızdırdınızmı? Çöküntünü ayrıca qaba tökdünüzmü? c). Mühərrikin karterinin dibaltısındakı yağın səviyyəsini yoxlayıb, lazım gəldisə, yağ əlavə etdinizmi? d). Mühərrikin karterindəki yağı qrafik üzrə dəyişməyin qaydasını bilirsinizmi və yağ dəyişdirilərkən süzücü elementləri də təmizləməyi və ya dəyişdirməyi bacardınızmı? |
||
6. Yağ süzgəcindəki çöküntünü ayrıca qaba boşaltmağı unutdunuzmu? | ||
7. Tıxacların və bərkitmə yerlərinin kipliyini nəzarətdə saxlamağa diqqət etdinizmi? | ||
Praktiki tapşırıq 4.3 – Yağ təzyiqinin aşağı düşməsini yaradan səbəblərin aradan qaldırılması işlərinin yerinə yetirilməsi
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? | ||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? | ||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4. Yağ magistralından yağın sızmasını yoxladınızmı? |