Şəkil 5. Porşen-sürgüqolu qrupu;
dirsəkli val

  • Silindrin daxilində düzxətli hərəkət edən porşen; porşen üzərində açılmış yuvalara geyindirilmiş üzüklər: yuxarı yuvalarda yerləşdirilən və silindr divarı ilə porşen arasındakı ara boşluğunu kipləşdirən kompressiya üzükləri; porşenin üzüklərin taxılması üçün olan aşağı son yuvasına yağsıyıran üzüklər taxılır.
  • Yuxarı sökülməyən başlığı ilə porşen barmağı vasitəsilə porşenə birləşdirilmiş və sökülə bilən aşağı başlığı ilə dirsəkli valın sürgüqolu boynuna birləşdirilmiş sürgüqolu (şatun), hansı ki, porşendən qəbul etdiyi qüvvəni dirsəkli valın sürgüqolu boynuna ötürür.
  • Dirsəkli val porşenin silindr daxilində irəli-geri düzxətli hərəkətini qəbul edərək onu fırlanma hərəkətinə çevirir və eyni zamanda nazim çarxı da (maxoviki) dövr etdirir.
  • Nazim çarx mühərrikin qeyri-müntəzəm işləməsini azaldır, porşenləri ölü nöqtələrdən çıxarır, mühərrikin işə salınmasını və traktorun yerindən tərpədilməsini asanlaşdırır.
  • 4-taktlı mühərriklərin klapanlı qazpaylama mexanizmi sorma və xaricetmə klapanlarından, balansirdən (koramısladan), yaylardan, itələyicilərdən və yumruqlu paylayıcı valdan ibarətdir. Klapanlar oturduqları yuvalara bərkitmə detalları və yaylarla bərkidirlir və qazpaylama valının yumrucuqları vasitəsilə idarə olunur. Qazpaylama valına hərəkət mühərrikin dirsəkli valından verilir
  • Rrikin növündən asılı olaraq dişli çarxla, zəncirlə və ya dişli qayışlar vasitəsilə dirsəkli valdan verilir. Dişli qayışlar çox vaxt çoxsürətli mühərriklərdə tətbiq edilir.