10. İşləyən mühərrikin hissələri öz istiliyini
soyutma. köynəklərindəki...................verərək
soyuyur. 11. Soyuducu mayeni sistemdə dövr etdirən nasos ............................. tiplidir. 12.Bəzi mühərriklərdə hava axını ilə radiatorun soyutma intensivliyini dəyişmək üçün .............................. istifadə edilir. |
ii) Praktiki bacarıqların qiymətləndirilməsi
Praktiki tapşırıqlar 4.1 – Mühərrik yağının dəyişdirilməsi
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İş paltarını, iş ayaqqabısını və əlcəyi geyindinizmi? | ||
2. İşləri yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etdinizmi? | ||
3. İşləri yerinə yetirərkən icraya dair təlimatdan istifadə etdinizmi? | ||
4.Yağı tamamilə sistemdən boşaltmaq üçün mühərriki qabaqcadan qızdırdınızmı? | ||
5. Yağ boşaldıldıqdan sonra sistemi yuyub təmizləməyə ehtiyac yarandımı? | ||
6.Yağ sistemdən boşaldılarkən hədsiz çirklənmənin, ifrat bulanıqlığın, mexaniki qarışıqların miqdarının hədsiz çox olmadığını müşahidə etdinizsə, köhnə yağı sistemdən boşaltdıqdan sonra yeni yağı sistemə əlavə etdinizmi? | ||
7. Yağ sistemdən boşaldılarkən hədsiz çirklənmənin, ifrat bulanıqlığın, mexaniki qarışıqların miqdarının hədsiz çox olduğunu müşahidə etdinizsə, sistemin yuyulması tədbirinə hazırlıq gördünüzmü? |