Təlim nəticələrinin qiymətləndirilməsi
i) Nəzəri biliklərin qiymətləndirilməsi
Qiymətləndirmə üsulu | Suallar |
1. Test sualları |
Sual 1: Dizel mühərriklərində silindrlərə sıxılmaq və qızdırılmaq üçün nə vurulur? a) Yanacaq b) İşçi qarışıq c) Yanıcı qarışıq d) Hava Sual 2: Dizel mühərriklərində yanıcı qarışıq harada hazırlanır? a) Karbüratorda b) Yüksək təzyiqli yanacaq nasosunda c) Silindrlərin daxilində d) Karterdə Sual 3: Atmosfer havası ilk öncə hara sorulur? a) Sorma boru kəmərinə b) Silindrlərə c) Hava süzgəcinə d) Xaricetmə boru kəmərinə Sual 4: Dizel mühərriklərində yanacaq vurucu nasos yanacağı son olaraq hara çatdırır? a) Yanacaq süzgəcinə b) Yanacaq bakına c) Yüksək təzyiqli yanacaq nasosuna d) Yağ qəbulediciyə Sual 5: Forsunkalara yanacaq haradan verilir? a) Yüksək təzyiqli yanacaq nasosundan b) Yanacaq vurucu nasosdan c) Yanacaq boruları ilə birbaşa yanacaq bakından d) Qazpaylama mexanizminin sorma klapanından |