Silindrlər cərgəvi olan birsilindrli porşenli mühərriklərdə silindrlər şaquli olaraq bir sırada düzülür. Belə mühərriklərdə sinfindən və gücündən asılı olaraq onlar adətən 3-6 silindrli olur.
V şəkilli mühərriklərdə 6, 8 və ya 10 silindr olur. Bu mühərriklər daha güclü hesab edilir və geniş tətbiq edilir.
Müasir traktorlarda və özüyeriyən kənd təsərrüfatı maşınlarında tətbiq edilən porşenli daxili yanma mühərrikləri aşağıdakı əlamətlərinə görə siniflərə ayrılır:
Təyinatına görə – əsas və köməkçi daxili yanma mühərrikləri. Əsas mühərrik traktorların və özüyeriyən kənd təsərrüfatı maşınlarının energetik qurğusudur. Köməkçi mühərriklər əsas mühərrikin – dizel üçün işəsalma qurğusudur.
İş prinsipinə görə – karbüratorlu və dizel mühərrikləri. Karbüratorlu mühərriklərin mühərrikdən kənarda (karbüratorda) yanıcı qarışıq əmələ gətirmə və işçi qarışığın elektrik boşalması enerjisindən alışma sistemləri var. Dizel mühərriklərində yanıcı qarışıq karbüratorlu mühərriklərdən fərqli olaraq yanıcı qarışıq və işçi qarışıq bilavasitə mühərrikin silindrlərinin içərisində yaranır və işçi qarışıq havanın silindrdə sıxılmasından yaranan istiliyin təsirindən öz-özünə alışır.