|
- Yoxlama müşahidələri zamanı
axıntı müşahidə edilmirsə,
deməli, sistemdəki maye
buxarlanaraq azalıb, belə
olduqda sistemə maye əlavə
edirsiniz.
- Yoxlama müşahidələri zamanı
soyutma sisteminin
hissələrindən və birləşmə
yerlərindən mayenin axmasını
müşahidə edirsinizsə, bu
axmanın səbəblərini
araşdırırsınız.
- Axma səbəbini aşkar etmək
üçün kipləşdiricilərin,
qısaboruların birləşmələrinin
kipliyini, boşaldıcı kranların və
radiatorun vəziyyətini nəzərdən
keçirməklə nasazlığı aşkar
edirsiniz.
- Kipləşdiricilərin yeyilməsi baş
verdiyi halda, soyuducu mayeni
sistemdən boşaldırsınız.
- Ventilyatorun qayışını boşaldıb
qayışı çıxarırsınız.
- Xamutları boşaldın və rezin
şlanqları ayırın.
- Araqatı zədələməməklə nasosu
ehtiyatla çıxarırsınız.
- Sonra pərli çarxı bərkidib,
boltları açıb onu çıxarırsınız.
- Kipcəkdə ya rezin manjetin, ya
da özü kipləşən şaybanın
zədələndiyini müşahidə
edəcəksiniz.
- Zədələnmiş detalları dəyişirsiniz.
|