|
-
Yanacaq boru kəmərindən
yanacaq şırnağının fışqırdığını
müşahidə etsəniz, deməli,
nasos sazdır.
-
Yanacağı əllə vurmaq mümkün
olmadıqda, dirsəkli valı ½ dövr
döndərin və yanacağın
çıxmasını müşahidə edin.
-
Yanacaq boru kəmərindən
yanacaq şırnağının
fışqırmadığını müşahidə
etsəniz, deməli, nasosun işində
problem var.
- Bu halda nasosa gələn
yanacaq yolunun kranını
bağlayın və nasosu yerindən
çıxarın və onun diafraqmasını
hərəkətə gətirən
hərəkətvericinin paylayıcı valın
eksentrikinə sürtünən
hissəsinin vəziyyətini yoxlayın.
- Yeyilmə müşahidə etsəniz,
həmin hərəkətvericini yenisi ilə
əvəz edirsiniz.
- Nasosu yerinə bərkidirsiniz və
yenə yanacağı əllə vuran
dəstəyi hərəkətə gətirirsiniz və
yanacaq kəmərdən yanacaq
şırnağı fışqıraraq çıxırsa,
deməli, siz artıq nasazlığı
aradan qaldırmısınız.
- Yanacaq boru kəmərini
yenidən yerinə bağlayırsınız və
bərkitmə işlərini yerinə
yetrirsiniz.
- Yanacaq bakından karbüratora gedən boru kəmərlərinin
birləşdirilmə yerlərini nəzərdən
keçirirsiniz.
|