3.4.1. Strukturluğun pozulmasının yaratdığı çətinliklər
Strukturluğu pozulmuş torpaqları şumlayarkən böyük enerji sərf edilir. Çünki belə toraqların müqaviməti normal strukturlu torpaqlara nisbərən çox olur (Şəkil 3.37). |
Məsaməlik torpağın mexaniki elementləri arasındakı məsamələrin-hava boşluqlarının göstəricisidir.
Ən çox məsaməlik strukturlu torpaqlarda rast gəlinir.
Torpağın məsaməliliyi torpağın üst qatında dərinliyə nisbətən çox olur. Məsaməlilik torpağın su və hava buraxma qabiliyyətini qiymətləndirmək üçün lazımdır.
3.4.3. Şumdan sonra torpağın məsaməliyinin dəyişməsi
Şumdan sonra torpağın məsaməliyi artır. Bu onunla izah olunur ki, məsaməlik şumlama zamanı torpaq kəltənləri arasındakı boşluqlar yaranır və məsaməlik yüksəlir. Şəkil 3.38-də şumdan sonra torpağın məsaməliyinin dəyişməsi göstərilmişdir.
3.4.4. Məsaməliyin yüksəldilməsi
Torpaqda məsaməliyi yüksəldən əməliyyatlardan biri də kultivasiyadır. Becərmə dərinliyi səviyyəsində torpağın strukturu bərpa edilir və məsaməlik yüksəlir (Şəkil 3.39). |