Tinglik təsərrüfatlarında, çayçılıqda və digər sahələrdə istifadə edilmək üçün daha yüksək klirensli traktorlar istehsal edilir (Şəkil 3.29).
3.3.11. Yarım tırtıllı traktorlar
Torpağa düşən təzyiqi azaltmaq, traktorun keçiciliyini artırmaq məqsədi ilə bəzi təkərli traktorların arxa aparan oxu tırtıllı hazırlanır (Şəkil 3.30).
3.3.12. Taxılyığan kombaynların hərəkət hissələri
Adətən taxılyığan kombaynların arxa və qabaq hərəkət hissələri təkərli olur (Şəkil 3.31). Almaniyanı CLAAS firmasının istehsal etdiyi Dominator 130 taxılyığan kombaynları ölkəmizin fermer təsərrüfatlarında, servis xidməti müəssisələrində istifadə edilir.
3.3.13. Yarım tırtıllı hərəkət hissəli kombayn
Çəltik sahələrində nəmlik çox olduğu üçün çəltik yığan kombaynın hərəkət hissələr yarım tırtıllı hazırlanır. Yarım tırtıllı hərəkət hissələrinin qabaq aparan oxu tırtıllı olur (Şəkil 3.32). Tırtılın torpaqla görüş sahəsi təkərə nisbətən çox olduğu üçün texnikanın manevrliyi və keçiciliyi yüksək olur. Italiyanın Laverda firmasının istehsal etdiyi Laverda lM-400 markalı çəltikyığan kombayn “Astaraçay” MMC-yə lizinq yolu ilə verilmişdir. |