3.3.8. Tırtıllı hərəkət etdiricinin diyircəkli asqıları
Tırtılllı traktorlarda əksər hallarda diyircəkli asqılar qoyulur (Şəkil 3.26). Diyircəkli asqılar tırtılın hərəkətini təmin etməklə, birləşdirici yayının sıxılması hesabına tırtılın altına düşən maneəni keçməyə imkan yaradır.
3.3.9. Tırtıllı traktorların aqrotexniki açıqlığı
Bəzi ümumi və xüsusi təyinatlı traktorların hərəkət hissələri tırtıllı olur. Müasir traktorlarda aqrotexniki açıqlığın yüksək olması çox əhəmiyyətlidir. Bu tırtıllı traktorlarla cərgəarası becərmə əməliyyatlarının aparılmasına imkan verir. Tırtıllı traktorlarda aqrotexniki açıqlıq aparan ulduzcuğun istiqamətverici təkərlərə nisbətən hündür yerləşdirilməsi ilə əldə olunur (Şəkil 3.27).
3.3.10. Yüksək aqrotexniki açıqlığına malik təkərli traktor
Aqrotexniki açıqlığı yüksək olan traktorlar yüksək klirensli traktorlar adlanır. Təkərli traktorlarda güc ötürmə orqanlarında əlavə ötürücü qoyulduğu üçün traktorun dartı gücü azalır. Pambıqçılıqda, tütünçülükdə, qarğıdalı, günəbaxan və digər texniki bitkilərin becərilməsində yüksək aqrotexniki açıqlığa malik traktorlar daha əlverişlidir (Şəkil 3.28). Məsələn, İtaliyanın Lamdini firmasının istehsal etdiyi Poüerfarm 110 HC traktorları yüksək klirensli traktordur. |
Müasir yüksək klirensli traktorlarda aqrotexniki açıqlıq bitkinin hündürlüyündən asılı olaraq tənzimlənə bilir. Qarğıdalı, günəbaxan bitiklərinin xəstəlik və zərərvericiləri ilə mübarizədə qollu çiləyici ilə becərmə apararkən bitkinin boyu yüksək olduğu üçün aqrotexniki açıqlıq traktorun çərçivəsini təkərlərə nəzərən qaldırmaqla tənzimlənir.